"Araz-Naxçıvan"ın rəqiblər müəyyənləşib

Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın yoldaşlıq oyunlarındakı rəqibləri müəyyənləşib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda hər 3 matçda Türkiyə təmsilçiləri ilə qarşılaşacaq.

İyulun 9-da "Bayburtspor"la üz-üzə gələcək Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv bundan 2 gün sonra Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor"la qüvvəsini sınayacaq. "Araz-Naxçıvan" üçüncü matçını iyulun 17-də keçirəcək. Komanda Super Liqanın digər təmsilçisi "Trabzonspor"la qarşılaşacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə üz-üzə gələcək. (Yunanıstan) Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.