Arda "Barselona"dan kənar qaldı

Barselona daha iki futbolçusunun xidmətindən məhrum olub. SportLine.az xəbər verir ki, yarımmüdafiəçilər Arda Turan və Andres İnyesta bu gecə kral kubokunun yarımfinalında Atletik Bilbaoya qarşı görüşdə iştirak etməyəcək. Məşqçilər korpusu Yüksək hərarətdən əziyyət çəkən futbolçuları qorumaq məqsədilə onları heyətə daxil etməyib. Eyni problem üzləşən Serxio Busketsin taleyinə isə matça az qalmış aydınlıq gələcək.

Qeyd edək ki, Barselona ilk matçda Bilbao təmsilçisini 2:1 hesabı ilə məğlub edib.