Azərbaycan hakimləri DÇ-də
Azərbaycan hakimləri daha bir beynəlxalq yarışa təyinat alıblar.
Sportline.az-a daxil olan məlumata görə, FİFA referisi Elçin Məsiyev və köməkçiləri Elşad Abdullayevlə Pərvin Talıbov 17 yaşadək futbolçuların dünya çempionatına dəvət olunub.
Onlar noyabrın 19-dan, dekabrın 13-dək Qətərdə təşkil olunacaq yarışda iş başında olacaqlar.
Qeyd edək ki, dünya çempionatında 48 ölkənin milli komandası mübarizə aparacaq.