"Arsenal" "Dortmund"da elçi düşdü
"Borussiya Dortmund"un futbolçusu Maksimilian Beyer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Arsenal" 23 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Bayerin dəyəri 40 milyon avrodur.