"Bavariya" "Barselona"ya 70 milyon avro ödəməyə hazırdır

"Barselona"nın ispaniyalı futbolçusu Dani Olmo "Bavariya"nın maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, Münhen təmsilçisi bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.

Bu haqda "El Nacional" nəşri məlumat yayıb.

Qeyd edək ki, D.Olmonun Kataloniya təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.