"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

Cavid Hüseynovla yolları ayrılan "Araz-Naxçıvan"ın yeni baş məşqçisi əcnəbi olacaq.

Sportline.az xəbər verir ki, söhbət Yuri Maksimovdan gedir. 

Bu barədə "TaToTake" teleqram kanalında məlumat yayılıb.

Ukraynalı mütəxəssisin Bakıdan gələn təklifi qəbul etdiyi bildirilir. 

Qeyd edək ki, Yuri Maksimov son olaraq "Vorskla"nı çalışdırıb.

57 yaşlı mütəxəssis Azərbaycanda "Keşlə"nin (indiki "Şamaxı") də baş məçqçisi olub.

Sözügedən komanda onun rəhbərliyi ilə 2018-ci ildə Azərbaycan kubokuna sahib çıxıb.