"Barselona"nın Halaand planı

Norveç millisinin və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Halaand “Barselona”nın transfer hədəfi olaraq qalır.

Sportline.az xəbər verir ki verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Məlumata görə, Kataloniya klubu 2027-ci ildə 26 yaşlı forvard üçün böyük təklif irəli sürə bilər.

“Barselona” rəhbərliyinin Halaanddı uzun müddətdir izlədiyi və norveçli hücumçunu Robert Levandovskinin mümkün varisi kimi nəzərdən keçirdiyi bildirilir.

Halaanddın  “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin iyununa qədər qüvvədədir. Onun transferinin yüksək məbləğə başa gələ biləcəyi qeyd olunur.

26 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 4 oyunda 4 qol vurub.