Okan Burukun istefası tələb olunur

Türkiyə nəhəngi "Qalatasaray"da istefa səsləri yüksəlməyə başlayıb. Sarı-qırmızılı azarkeşlər və futbol mütəxəssisləri klub rəhbərliyindən baş məşqçi Okan Buruku dərhal istefaya göndərilməsini tələb ediblər.

Sportline.az xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin ötən gecə rəqib meydanda "Trabzonspor"la oyanadığı matçdan 0:4 hesabı ilə məğlub ayrılması olub. Azarkeşlər və mütəxəssislər məşqçinin tükəndiyini və buna görə də oyunun gedişində səhv qərarlar verdiyini iddia edirlər.

Sosial şəbəkələrdə "Qalatasaray" azarkeşlərinə məxsus olan böyük səhifələrdə bir gecədə Okan Burukun əleyhinə minlərlə şərh yazılıb. Azarkeşlər baş məşqçi ilə yanaşı, klub prezidenti Dursun Özbekin də istefasını tələb edirlər.