Rüfətin komandası yenə uduzdu

İsrail çempionatında 5-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şimona” səfərdə “Hapoel” (Beer Şeva) ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət matçın 68-ci dəqiqəsində - hesabda geridə olduqları zaman meydana buraxılıb.

Bu nəticədən sonra Rüfətin komandası turnir cədvəlində 3 xalla 12-ci pillədə qərarlaşıb.