"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
“Sabah”ın sabiq hücumçusu Pavol Şafranke karyerasını ölkəsində davam etdirəcək.
Sportline.az xəbər verir ki, 31 yaşlı slovakiyalı futbolçu Slovakiyanın "DAK-1904" klubu ilə müqavilə imzalayıb. Bu barədə klub məlumat yayıb.
Qeyd edək ki, Pavol 2024-cü ildən 2025/26 mövsümünün sonunadək "Sabah"ın uğurları üçün çalışıb. O, komandada keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.