“Çelsi” səfərdə məğlub oldu

İngiltərə Premyer Liqasında 5-ci tura start verilib. 

Sportline.az xəbər verir ki, turun açılış matçında “Çelsi” səfərdə “Brentford”un qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. 

“Brentford” - “Çelsi” - 3:0
Qollar: Entoni, 61, Tiaqo, 83, Karvalyo, 90+4

Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran “Brentford” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Çelsi” isə 7 xalla 7-ci yerdə qərarlaşıb.