"Fənərbaxça"da ciddi itki

“Fənərbaxça” ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, komandanın müdafiəçisi Mert Müldür sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı müdafiəçi bu gün keçirilən məşq zamanı dizindən zədə alıb və hazırlıq prosesini yarımçıq dayandırıb. Onun nə vaxt meydanlara qayıdacağı hələlik bəlli deyil.

Qeyd edək ki, futbolçu 2023-cü ilin yayından “Fənərbaxça”nın formasını geyinir.