Aksel Vitsel karyerasını başa vurub

Belçika millisinin futbolçusu Aksel Vitsel milli komandadakı karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bu səfər doğru olanı edirəm. Milli karyeramı bitirməyə qərar verdim. Gənc nəsilə yer ayırmağın vaxtıdır. 18 il ərzində milli üçün əlimdən gələni etdiyim üçün qürurluyam”, – deyə Vitse bildirib.

Qeyd edək ki, Aksel Vitsel Belçika millisində 2008-ci ildə debüt edib. O, yığmanın heyətində 140 matç keçirib və 12 qol vurub.