Ronaldo "Əl-Nəsr"dən ayrıla bilər
"Qızıl top"un beşqat sahibi, portuqaliyalı futbolçu Kriştianu Ronaldo gələn qış Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunu tərk edəcək.
Sportline.az istinadən xəbər verir ki, daha əvvəl "DAZN Portugal" telekanalı Ronaldonun "Ən-Nəsr" klubunu satın ala biləcəyi barədə məlumat yaymışdı.
Futbolçu 2022-ci ilin dekabrından "Ən-Nəsr"də çıxış edir. Hücumçu karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real Madrid" klublarında da oynayıb.