Rio "Arsenal"a keçir?

"Liverpul"un futbolçusu Rio Nqumoxa karyerasını "Arsenal"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist David Ornşteyn məlumat yayıb.

İngiltərə U-19 millisinin oyunçusunun dəyəri 30 milyon avrodur.

Qeyd edək ki, Rio Nqumoxanın Mersisayd təmsilçisi ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.