"Mançester Yunayted" "Real Madrid"in brazilyalı futbolçusunu transfer etməyi hədəfləyir
"Real Madrid"in brazilyalı forvardı Endrik "Mançester Yunayted"in transfer siyahısında yer alır.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" yanvar ayında 20 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçəcək.
Qeyd edək ki, Endrikin dəyəri 40 milyon avrodur.