"Liverpul"dan ayrılır?
“Liverpul”un 18 yaşlı futbolçusu Rio Nqumohaya Avropanın aparıcı klublarından ciddi maraq var. Gənc vingerin son oyunlardakı çıxışı onun gələcəyi ilə bağlı transfer iddialarını yenidən gündəmə gətirib.
Sportline.az xəbər verir ki, PSJ və “Arsenal” gənc futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçməyə hazırlaşır. Məlumata görə, xüsusilə Fransa klubu növbəti transfer pəncərəsində Nqumohanın transferi ilə bağlı danışıqlara başlamağı planlaşdırır.
“Arsenal”ın da 18 yaşlı vingerə marağı ciddi görünür. London təmsilçisinin yaxın vaxtlarda futbolçu üçün rəsmi təklif göndərməyi düşündüyü bildirilir.
“Liverpul” isə istedadlı futbolçusunu komandada saxlamaq niyyətindədir. İngiltərə klubunun Nqumohanla yeni müqavilə imzalamaq üçün danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, Rio Nqumohanın “Liverpul”la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Bu səbəbdən onun transferi baş tutacağı təqdirdə, “Liverpul”un yüksək məbləğ tələb edəcəyi gözlənilir.