PSJ Mbappedən 60 min avro təzminat alacaq
"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir.
Sportline.az xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağlı olub.
Mbappe 2024-cü ilin avqustunda Paris klubundan ayrıldıqdan sonra 60 milyon avrodan çox məbləğdə ödənilməmiş maaş və bonusların verilməsini tələb edib. Növbəti il isə futbolçu əmək mübahisələri üzrə məhkəməyə müraciət edib.
Onun nümayəndələri həmçinin PSJ-nin hesablarında 55 milyon avronun təminat məqsədilə dondurulması proseduruna başlayıblar. Bu tədbir 2025-ci il aprelin 10-dan mayın 25-dək qüvvədə olub.