Asensio yaşıl meydanlara qayıdır

İstanbulun "Fənərbağça" klubu azarkeşlərini sevindirən açıqlama ilə çıxış edib.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. "Fənərbağça"nın ulduz futbolçusu Marko Asensionun zədəsi tamamilə sağalıb. Təcrübəli yarımmüdafiəçinin komanda yoldaşları ilə birlikdə məşqlərə başladığı bildirilir.

Xəbərdə ulduz futbolçunun sentyabrın 20-də baş tutacaq "Fənərbağça" - "Eyüpspor" matçında əsas heyətdə yer alacağı vurğulanır.

Qeyd edək ki, İsmail Kartalın yetirmələri yeni mövsümdə 5 görüş keçirib. İstanbul klubu 7 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.