“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib

Türkiyə Super Liqasının VI turunda keçiriləcək “Trabzonspor” – “Qalatasaray” qarşılaşmasına hakim təyinatı açıqlanıb.

Sportline.az xəbər verir ki, görüşü Batuhan Kolak idarə edəcək.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, qarşılaşma sentyabrın 19-da saat 20:00-da başlayacaq.