Din Henderson “Kristal Pelas”la müqaviləsini uzadıb
İngiltərə millisinin qapıçısı Din Henderson “Kristal Pelas”la müqaviləsini uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 29 yaşlı qolkiperlə 2030-cu ilin yayına qədər bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi 2023-cü ilin avqustunda “Kristal Pelas”a keçib.