Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Tacikistan milli komandasının sentyabr və oktyabr aylarında keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Sportline.az xəbər verir ki, baş məşqçi İqor Angelovski Azərbaycan, Fələstin və Çin yığmalarına qarşı matçlar üçün 28 futbolçuya dəvət göndərib. Bu barədə yerli federasiya məlumat yayıb.
Heyətə hazırda Azərbaycanda çıxış edən bir futbolçu da var. Bu, “Turan Tovuz”un qapıçısı Oleq Baklovdur.
Qeyd edək ki, Tacikistan yığması Azərbaycan millisi ilə sentyabrın 23-də Bakıda qarşılaşacaq.