"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Kəpəz” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə iki yoxlama matçı keçirəcək.
Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisinin hər iki matçı oktyabrın 2-də olacaq.
“Kəpəz” saat 12:00-da Azərbaycan U-19 millisi ilə, saat 17:00-da isə “Gəncəbasar”la qarşılaşacaq.
Klubun məşqçi heyəti hər iki oyunda bütün futbolçuların çıxışını izləmək üçün heyəti iki hissəyə böləcək.
Hər iki görüş Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında keçiriləcək.