Ronaldo yenidən "İmişli"də

"İmişli" Ronaldo de Souzanı yenidən heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ronaldo karyerası ərzində Braziliyanın “Kruzeyro” klubunun U-17 və U-20, Portuqaliyanın “Sportinq” klubunun U-23 komandalarında, həmçinin bu ölkənin “Alverka” və “Anadiya”, İndoneziyanın isə “Borneo” klublarında çıxış edib.

Xatırladaq ki, Ronaldo daha əvvəl “İmişli”nin heyətində 29 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.