"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi
Türkiyə Superliqasında 6-cı tur davam edir.
Sportline.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.
Günün ən çox maraqla gözlənilən qarşılaşması Trabzonda olub. Burada "Trabzonspor" son çempion "Qalatasaray"la qarşılaşıb. Görüşdə "Trabzonspor" 4:0 hesablı qələbə qazanıb. Qara dəniz təmsilçisinin ulduz futbolçusu Məhəmməd Salah sözügedən oyunda het-trik edib.
Türkiyə Superliqası, 6-cı tur
"Kocaelispor" – "Qaziantep" - 2:0
Qollar: Berkan Kutlu, 56, Den Acyei, 76
"Çorum" – "Alanyaspor" - 1:2
Qollar: Xesus Ramires, 76 – Qaius Makuta, 67, Arda Usluoğlu, 78
"Başakşehir" – "Genclerbirliyi" - 4:0
Qollar: Andreas Skov Olsen, 9, Davi Selke, 53-pen; Eldor Şomurodov, 33, 65
"Trabzonspor" – "Qalatasaray" - 4:0
Qollar: Məhəmməd Salah, 4, 44, 80, Noah Saviolo, 39