"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Bu gün Misli Premyer Liqasının 6-cı tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Günün ilk matçında "Şamaxı" "Araz-Naxçıvan"ı qəbul edib. Görüş Şamaxı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər qarşılaşmada isə "Kəpəz" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb.
20 sentyabr (bazar)
19:00. “Kəpəz” - “Sumqayıt” - 1:1
Qol: Banqre, 35 (0:1), Kennet Kalunqa, 85 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev, Fərid Hacıyev (VAR), Kərim Zeynalov (AVAR)
Gəncə şəhər stadionu
16:30. “Şamaxı” - “Araz-Naxçıvan” - 2:1
Qollar: Rikardo Apolinario, 27-pen. (1:0), Ağadadaş Salyanskiy, 32 (1:1), Rikardo Apolinario, 36-pen. (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov, Emin Əliyev (VAR), lşad Abdullayev (AVAR)
Şamaxı şəhər stadionu
18 sentyabr (cümə)
“Qəbələ” - “Neftçi” - 0:3
“Qarabağ” - “Şəfa” - 1:0
19 sentyabr (şənbə)
“Turan Tovuz” - “Zirə” - 1:0
“Sabah” - “İmişli” - 3:1

Bombardirlər:
Breno Almeyda (“Neftçi”) - 7 qol
Coy-Lens Mikels (“Sabah”) - 4 qol