"Fənərbağça"dan 8 qol

Vedat Muriqi “Fənərbağça”nın heyətində Türkiyə çempionatında bir oyunda 4 qol vuran futbolçular sırasına qoşulub.

Sportline.az xəbər verir ki, kosovolu hücumçu “Eyüpspor”la qarşılaşmada 4 qol vuraraq cəmi 55 dəqiqədə pokerə imza atıb. O, 7, 21, 47 və 55-ci dəqiqələrdə fərqlənib.

Xatırladaq ki, bu, Muriqinin klub karyerasında rəsmi matçda ilk pokeridir. O, daha əvvəl 2021-ci il iyunun 1-də Kosovo millisinin heyətində San Marino ilə yoxlama oyununda 4 qol vurub.

Qeyd edək ki, matç "Fənərbağça"nın 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.