Maaşlarla bağlı astronomik məbləğlər

İngiltərə Premyer Liqası (İPL) klubları futbolçuların maaşlarına ildə təxminən 1,63 milyard funt-sterlinq xərcləyirlər.

Sportline.az xəbər verir ki, bu haqda "Spotrac" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, maaşlara ən çox vəsait ayıran klub "Arsenal"dır - təxminən 175,24 milyon funt-sterlinq. İkinci yeri "Mançester Siti" (165,72 milyon), üçüncü yeri isə "Liverpul" (165,10 milyon) tutur. Sonrakı pillədə 157,97 milyon funt-sterlinq göstərici ilə "Mançester Yunayted" qərarlaşıb.

Üstəlik, ən böyük maaş büdcəsinə malik altı klubun payına 896,92 milyon funt-sterlinq düşür ki, bu da ümumi məbləğin təxminən 54,9%-ni təşkil edir.