"Beşiktaş"ın ulduzu zədələndi
Yeni mövsümdə çempionluğun əsas favoritlərindən sayılan Türkiyənin "Beşiktaş" klubu ciddi itki ilə üzləşib. İstanbul təmsilçisinin əsas qol silahlarından olan Leandro Trossard zədələnib.
Sportline.az xəbər verir ki, həkimlər təcrübəli futbolçunun ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
Hazırda həkim nəzarəti altında olan Trossardın səhhəti ilə bağlı yekun qərar oktyabrin əvvəllərində veriləcək.