Cud Bellingem "Real"la müqaviləsinin müddətini uzatmağa yaxındır

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem “Real Madrid”lə müqaviləsini 2032-ci ilə qədər uzatmağa yaxındır.

Sportline.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Şira məlumat yayıb.

Tərəflər arasında yeni müqavilənin 2032-ci ilədək qüvvədə olacağı bildirilir. Bellingemin hazırkı sözləşməsi isə 2029-cu ilin yayında başa çatacaq.

23 yaşlı futbolçu 2023-cü ilin yayından “Real Madrid”də çıxış edir. Yarımmüdafiəçi "Kral klubu"nun heyətində 148 matçda forma geyinib, 49 qol vurub və 36 məhsuldar ötürmə verib