"Liverpul" və "Mançester Siti" yarışa girib
"Real Sosyedad"ın futbolçusu Con Aramburu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Liverpul" və "Mançester Siti" 24 yaşlı sağ cinah müdafiəçisini transfer etmək istəyir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, Con Aramburunun dəyəri 15 milyon avrodur.