Arda Turan, yoxsa Messi?

Neymarın millidən geri dönməsi Arda Turanın “Barselona”dakı firavanlığına son qoyulması anlamına gəlir. SportLine.az xəbər verir ki, braziliyalının yoxluğunda əsas heyətdə yer alan türkiyəli futbolçu yenidən ehtiyyat skamyaya qayıtmaq məcburiyyətindədir. Amma, “Alaves”lə oyunda Ardanın ilk 11-likdə meydana çıxacağı gözlənilir. İspaniya mətbuatında yayılan xəbərlərdə zədəli Messini məhs onun əvəzləyəcəyi bildirilir. Xatırladaq ki, Argentinadan zədəli dönən Lionel Messi məşqlərə başlasa da sabahkı qarşılaşmada iştirakı sual altındadır.