"Arsenal" futbolçusunu 20 milyon avro qarşılığında sata bilər
"Arsenal" belçikalı futbolçusu Leandro Trossardı satmaq qərarına gəlib.
Sportlinea.az xəbər verir ki, Trossard üçün "Arsenal" klubu 20 milyon avro tələb edir.
30 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Trossard ötən mövsüm meydana çıxdığı 56 matçda 10 qol 9 məhsuldar ötürmə müəllifi olub.