“Arsenal” səfərdə “Mançester Yunayted”i məğlub etdi

"Arsenal" İngiltərə Premyer Liqasının birinci turunda "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edib.

Sportline.az xəbər verir ki, görüş Mançesterdəki "Old Trafford" stadionunda keçirilib.

Matçı nəticələndirən qolu 13-cü dəqiqədə qolu Rikkardo Kalafyori vurub.

Qeyd edək ki, növbəti turda "Arsenal" avqustun 23-də "Lids"i qəbul edəcək, "Mançester Yunayted" isə bir gün sonra səfərdə "Fulhem"lə qarşılaşacaq.