"Arsenal" ulduz futbolçu ilə razılaşdı

"Arsenal" PSJ-nin futbolçusu Levin Kurzava ilə razılığa gəlib.

Sportline.az xəbər verir ki, bu barədə "France Football" nəşri məlumat yayıb. Bildirilib ki, Paris klubu ilə müqaviləsi 2020-ni ilin iyununda başa çatacaq 27 yaşlı müdafiəçi London təmsilçisinə azad agent kimi keçəcək. Onunla 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Kurzava 2015-ci ildən PSJ-də oynayır.