"Arsenal"da ayrılıq yaşana bilər
"Arsenal" polşalı futbolçusu Yakub Kiviorla yollarını ayırmağa hazırdır.
Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Kristal Pelas", "Everton" və "Vulverhempton" 25 yaşlı stoperi transfer etmək niyyətindədir.
Kiviyorun London klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, sözü gedən futbolçunun dəyəri 28 milyon avrodur.