"Arsenal"ın baş məşqçisi koronavirusa qalib gəldi

"Arsenal"ın baş məşqçisi Mikel Arteta koronavirus pandemiyasına qalib gəlib.

Sportline.az xəbər verir ki, bunu gənc mütəxəssis özü açıqlayıb.

İspaniyalı çalışdırıcı son testin nəticəsinin mənfi çıxdığını və virusdan tam qurtulduğunu söyləyib: "Ailəm, qohumlarım, tanıdığım bir çox insan bu qarışıq vəziyyətlə mübarizə aparır".

38 yaşlı Arteta həyat yoldaşına və tanıdığı başqa bir insana da virusu yoluxdurduğunu, lakin onların da sağaldıqlarını vurğulayıb.