Asim Xudiyev Danimarkada
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Danimarkanın paytaxtı Kopenhagenə gedib. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, budəfəki səfər hansısa oyuna təyinatla bağlı deyil.
Məsələ burasındadı ki, bu gün adıçəkilən ölkədə UEFA hakim-inspektorları üçün seminar keçiriləcək. İki gün davam edəcək noyabrın seminarda Xudiyev də iştirak edəcək.