"Aston Villa" aparıcı futbolçusu ilə vidalaşır
"Aston Villa"nın argentinalı qapıçısı Emilyano Martinez "Mançester Yunayted"ə transfer ola bilər.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Birmingem klubu futbolçusunu satmaq qərarına gəlib.
Təcrübəli kiperin transfer qiyməti 20 milyon avrodur.
Qeyd edək ki, dünya çempionunun "Aston Villa" ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.