Atıcılarımız finaldan kənarda qaldı
Azərbaycanın stend atıcıları Emin Cəfərov, Nurlana Cəfərova və Regina Meftahətdinova “Minsk 2019” II Avropa oyunlarında skit yarışında finala adlaya bilməyiblər.
Sportline.az xəbər verir ki, Cəfərov təsnifat mərhələsində kişilərin mübarizəsində 107 xalla 27-ci yeri tutub.
Cəfərova 110 xalla 14-cü, Meftahətdinova isə 104 xalla 23-cü olub.
Qeyd edək ki, “altılığ”a düşən atıcılar finala yüksəliblər.