Atıcımızdan bürünc medal

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində atıcılıq üzrə "Lapua" Avropa Kuboku keçirilir.

Sportline.az xəbər verir ki, təmsilçimiz Ruslan Lunyov 25 metr məsafəyə standart tapançadan atəş açmada uğurla çıxış edib. Lunyov bürünc medal əldə edib.

Qeyd edək ki, 9-15 oktyabr tarixlərində keçirilən "Lapua" Avropa Kuboku Avropa Atıcılıq Konfederasiyasına məxsusdur və Avropanın qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır.