AVRO 2020-dən xəbər var
UEFA Avro-2020-nin adı ilə bağlı vacib qərar verib.
Sportline.az xəbərinə görə, qurumun rəsmi Tvitter səhifəsinin yaydığı açıqlamada bildirilib ki, turnir 2021-ci ilə təxirə salınsa da, yarış Avro-2020 adı altında keçiriləcək. Daha əvvəl yarışın Avro-2021 adı altında təşkil olunacağı gözlənilirdi.
Xatırladaq ki, UEFA koronavirus pandemiyası ilə əlaqədar “Avro-2020”ni gələn ilin yayına kimi təxirə salıb. Yarışın 11 iyun - 11 iyulda keçiriləcəyi nəzərdə tutulub.