AVRO-2020-nin vaxtı ilə bağlı qərar
UEFA İtaliyada yayılmış koronavirusa görə “Avro-2020”nin vaxtını dəyişməyəcək.
Sportline.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, çempionatın açılış mərasimi iyunun 12-də Romada təşkil olunacaq.
“Avropa çempionatı nəzərdə tutulan vaxtda Romada başlanacaq. Biz koronavirusun yayılmasına görə daim təşkilatçılar və yerli hakimiyyət orqanları ilə əlaqədəyik. İndi planlaşdırılmış vatxda nəyisə dəyişməyin mənası yoxdur. Amma biz bu məsələni diqqətlə izləyirik” – deyə məlumatda bildirilib.
Xatırladaq ki, “Avro-2020”nin oyunları 12 iyun – 12 iyul tarixlərində Avropanın 12 şəhərində keçiriləcək. Çempionatın 4 oyunu Bakıda olacaq.