AVRO-2020 təxirə salındı

Bu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan futbol üzrə Avropa çempionatı təxirə salınıb.

Sportline.az xəbər verir ki, bu barədə rəsmən ilk olaraq Norveç Futbol Federasiyasının saytı məlumat yayıb.

UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransında Norveç də təmsil olunub. Turnirin 2021-ci ilə keçiriləcəyi bildirilib.

UEFA-nın da gün ərzində qərarı elan edəcəyi gözlənilir.