AVRO-2024: Almaniya hökumətindən terror həyəcanı
Almaniya höküməti Avropa çempionatı zamanı terror hücumu ilə bağlı xəbərdarlıq edib.
Sportline.az xəbər verir ki, bu haqda "Financial Times" məlumat yayıb.
"Avropa, həmçinin Almaniya terror təşkilatlarının hədəfindədir. Bu siyahıya İŞİD də aiddir", - deyə Almaniyanın Daxili İşlər naziri Nensi Fezer bildirib.
Onun sözlərinə görə, yaxınlarda Moskvada yaşananlar Almaniyada da təkrarlana bilər.
Xatırldadaq ki, Avropa çempionatı Almaniyanın 10 şəhərində keçirilir.