AVRO-2024: İngiltərə millisi bu göstəricidə ən zəiflərdəndir
Avropa Çempionatının qrup mərhələsinin 1-ci turunun nəticələri təhlil olunmaqdadır.
Sportline.az xəbər verir ki, qapıya vurulan zərbələrin sayına görə ən zif göstəricilərdən biri İngiltərə millisindədir.
Britaniyalılar cəmi beş zərbə endiriblər ki, bu da sözügedən komandanın azarkeşlərinin ürəyincə ola bilməz.
Bu göstəricidə ən pis nəticə isə Şotlandiya kollektivindədir.
Şotlandlar rəqib qapısına cəmi 1 zərbə endirə biliblər:
Şotlandiya - 1 zərbə;
Ingiltərə - 5 zərbə;
Çexiya - 5 zərbə;
Macarıstan - 6 zərbə;
Avstriya - 6 zərbə;
Serbiya - 6 zərbə.
Xatırladaq ki, iyunun 14-də start verilən Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.