Avroliqa: "Fənərbağça" mübarizəni dayandırdı
Basketbol üzrə Avroliqada dördlər finalının ilk oyunu keçirilib.
Sportline.az xəbər verir ki, az öncə başa çatan görüşdə "Panatinaikos" "Fənərbağça"nı 73-57 hesabı ilə məğlub edərək finala yüksəlib.
Görüşün ən məhsuldar basketbolçusu 17 xal, 10 ribaundla Matias Lessort olub.
"Panatinaikos"un finaldakı rəqibi saat 23:00-da başlanacaq "Real" Madrid- "Olimpiakos" oyununda bəlli olacaq.
Qeyd edək ki, "Final Four" mərhələsi Berlində keçirilir.