Avroliqada "Final Four"un növbəti iştirakçısı məlum olacaq
Basketbol üzrə avroliqada bu gün "Final Four"un ikinci iştirakçısı bəlli olacaq.
Sportline.az xəbər verir ki, "Panatinaikos" seriyanın 5-ci oyununda Afinada "Makkabi Tel Aviv"i qonaq edəcək.
4 oyundan sonra komandaların hərəyə 2 qələbəsi var və bugünkü oyunda qalib gələn tərəf "Final Four"a vəsiqə qazanacaq.
Matç Bakı vaxtı ilə 22:15-də start götürəcək.
Qeyd edək ki, "Final Four"a yüksələn ilk komanda "Baskoniya"nı 3-0 hesabı ilə məğlub edən "Real Madrid" olub.