Avroliqada mövsümün MVP-si müəyyənləşib
Basketbol üzrə Avroliqada mövsümün ən dəyərli oyunçusu bilinib.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, müntəzəm mövsümün ən dəyərli basketbolçusu "Monako"nun ABŞ-li ulduzu Mayk Ceyms seçilib.
Səsvermə medya nümayəndələri, azarkeşlər, komanda kapitanları və baş məşqçilər arasında keçirilib.
Karyerasında ilk dəfə bu mükafata layiq görülən Mayk Ceyms bu mövsüm 17.9 xal, 4.1 ribaund və 5.1 asist ortalamaları ilə çıxış edib.
"Monako" Avroliqanın pley-off mərhələsində "Fənərbağça"ya məğlub olaraq mübarizəni dayandırıb.3-2.
Qeyd edək ki, Avroliqanın rəmzi heyətinə seçilən Mayk Ceyms bu mövsüm "Srvena Zvezda" ilə keçirilən oyunda yunan basketbolçu Vasilis Spanulisi geridə qoyaraq turnirin ən məhsuldar oyunçusu olub.