Avroliqada mövsümün rəmzi heyəti açıqlanıb
Basketbol üzrə Avroliqada mövsümün ən yaxşı beşliyi bilinib.
Sportline.az Habertürk.com-a istinadla xəbər verir ki, ilk beşlikdə "Fənərbağça"dan Hayes-Deyvis, "Real Madrid"dən Fakundo Kampazzo, "Monako"dan Mayk Ceyms, "Panatinaikos"dan Kendrik Nan və Mattias Lessort yer alıb.
Qeyd edək ki, "Fənərbağça"da çıxış edən Hayes-Deyvis bu mövsüm "Alba Berlin"ə qarşı keçirilən oyunda 50 xal toplayaraq Avroliqa tarixində bir oyunda ən çox xal yığan basketbolçu olub.
Ümumillikdə isə Hayes-Deyvis bu mövsüm çıxdığı 35 oyunda 14.1 xal, 4.7 ribaund və 1.17 asist ortalamaları ilə çıxış edib.